"Zirə"nin hücumçusu Eren Aydının səfərdə "Sabah"la 2:2 hesabı ilə başa çatan Azərbaycan Premyer Liqasının XXVII turu matçından sonra Sportnet.az saytına verdiyi müsahibə:
- Oyun haqqında fikirləriniz necədir?
- Çox yaxşı hazırlanmışdıq. Beşli müdafiə ilə başladıq. Rəqib hücumlarından qorunmağı bacarırdıq. Erkən qol buraxsaq da, toparlana bildik. Cavabımız gecikmədi və ilk hissədəcə 2:1 önə keçdik. İkinci hissədə qol buraxsaq da, hesabı qoruyaraq çox vacib bir xal qazandıq.
- Növbəti oyun "Neftçi"yə qarşı olacaq və hal-hazırda onlarla görüşdə qələbə qazansanız, "Neftçi"nin Avroliqa şanslarını müəyyən mənada "yox" etməyi düşünürsünüz?
- Təbii ki, gələn həftə"Neftçi" ilə çox önəmli bir matçımız var. Həqiqətən Avropa yolunda çox önəmli bir matçdır. Əlimizdən gələni edib Avropa yoluna getmək istəyirik. Bu, bizim əsas hədəfimizdir.
- Bu gün də fərqlənməyi bacardın. Performansın haqda nə deyə bilərsən?
- Mən özüm üçün, komandam üçün nə lazımdırsa, onu etdiyimi düşünürəm. Xoşbəxtəm ki, vəzifəmi icra edərək fərqləndim.
Mikayıl HACIYEV


















































































