FIFA "Neftçi" klubuna transfer qadağası tətbiq edib.
Sportnet.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi növbəti 3 transfer pəncərəsi ərzində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək.
Qadağanın səbəbi hələlik açıqlanmayıb.
FIFA qərarında dəyişiklik etməsə, “ağ-qaralar” üçün transferlər yalnız 2028-ci ilin qış pəncərəsindən etibarən mümkün olacaq.
Qeyd edək ki, hazırda UEFA Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan "Neftçi" Azərbaycan Premyer Liqasında 30 turdan sonra 50 xalla 4-cü pillədə qərarlaşıb.















































































