"Sabah"ın müdafiəçisi Timoteuş Puxaçın "Zirə"ni 2:1 hesabı ilə məölub etdikləri Bizon Azərbaycan Kubokunun final matçından sonra Sportnet.az-a müsahibəsi:
- Oyunla bağlı təəssüratlarınızı bölüşərdiniz…
- Rəqib tam müdafiəyə çəkilmişdi. Şanslı qolla hesab açdılar və düşünürdülər ki, kuboku bu cür qazana bilərlər. Amma bu, mümkün deyil. Biz daha yaxşı komandayıq. Bu mövsüm Azərbaycanın açıq-aşkar ən güclü komandası biz idik. İki titul qazandıq və bununla fəxr edirik. Buna layiq idik və çox xoşbəxtik.
“Sabah”a gələndə titul qazanacağınızı, “qızıl dubl” edəcəyinizi gözləyirdiniz?
- Açığı, karyeramın çətin dönəmindən sonra bura gəlmişdim və heç nə gözləmirdim. Sadəcə yenidən ritmimi tapmaq, oynamaq və özümü göstərmək istəyirdim. Amma sonra inanılmaz futbol oynamağa başladıq. Çox yaxşı məşqçi heyətimiz, baş məşqçimiz və futbolçularımız var idi. Həqiqətən dəli kimi oynayırdıq. Mən bunu gözləmirdim. Buna görə indi ikiqat xoşbəxtəm.
- Çempionlar Liqasındakı potensial rəqiblərlə bağlı araşdırma aparmağa vaxtınız olub?
- Bəli, mümkün rəqiblər arasında 10-12 komandanın olduğunu gördüm. Aralarında daha güclü və nisbətən zəif komandalar da var. Amma düşünürəm ki, ilk mərhələni keçə bilərik. Buna fokuslanacağıq, yaxşı hazırlaşacağıq və ümid edirəm ki, növbəti mərhələyə yüksələcəyik. Ondan sonrasına isə baxacağıq.
Mikayıl HACIYEV















































































