
Azərbaycan I Divizionunun püşkatma mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbirə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, jurnalistlər, eləcə də çempionatda çıxış edəcək klublar qatılıb.
Püşk "Bakı", "Neftçala", "Ağsu", "Qaradağ Lökbatan", "Turan Tovuz", "Şahdağ", "Bakılı", "Şəmkir", MOİK, "Mil-Muğan", "Energetik", "Göyəzən", "Zaqatala" və "Şərurspor"un iştiraakı ilə atılıb.
İlk turda aşağıdakı komandalar üz-üzə gələcəklər:
10-11 sentyabr
"Şəmkir" - "Turan Tovuz"
"Ağsu" - "Zaqatala"
"Şahdağ" - MOİK
"Mil Muğan" - "Qaradağ Lökbatan"
"Bakı" - "Şərurspor"
"Energetik" - "Neftçala"
"Göyəzən" - "Bakılı"








































































