
Avstriyada təlim-məşq toplanışını davam etdirən Ağdamın "Qarabağ” klubunun hazırlığının
6-cı günündə proqramında 2 məşq olub. Sportnet.az-ın klubun rəsmi saytına
istinadən məlumatına görə, Azərbaycan çempionu səhər məşqinə ənənəvi olaraq
yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 13:30) yollanıb.
Komandanın çalışması 90 dəqiqə davam edib. 2-ci məşq isə yerli vaxtla
saat 18:00-da (Bakı vaxtı ilə 21:00) başlayıb.
Qeyd edək ki, "Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 15-də Maltanın "Valletta” klubu ilə qarşılaşacaq.