Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün daha iki matç keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv əvvəlcə Çexiya ilə üz-üzə gələcək.
Bu görüşə saat 19:05-də start veriləcək. Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq.
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi ötən gün keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.












































































