AFFA-nın İntizam Komitəsi Azərbaycan I Divizionunun ilk turunda baş verənlərə hüuqiq qymət verib. Sportnet.az-ın məlumatına görə, Komitə qalmaqallı "Şahdağ" – "MOİK" matçı ilə bağlı qərarını açıqlayıb.
Maçtın 87-ci dəqiqəsində qonaqların futbolçusu zədələnərək yerdə qaldığından komanda yoldaşı topu meydançadan çıxarıb. Sonra autdan topu oyuna daxil edən "Şahdağ" "fair-play" qaydalarına əməl etməyərək topu rəqibə ötürməyib və hücum sayəsində hesabı açıb. Nəticədə qalmaqal yaşanıb. İntizam Komitəsi hər iki klubun təqsiri nəticəsində oyunda məcburi fasilələr yarandığından, oyunun başa çatmasına baxmayaraq baş vermiş iğtişaşlara görə hər iki klubu 300 manat cərimələyib. Üstəlik bu hall yenidən təkrar olunarsa hər iki klub daha ciddi şəkildə cərimə olunacaqdır.
"Göyəzən" – "Bakılı" matçında qonaqlar əvəzetmə limitini pozduğu üçün 0:3 hesablı texniki məğlubiyyət alıb və matçın hakim inspektoru və hakimlər briqadası haqqında hər iki komitəyə lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat verməsi tapşırılıb.
"Bakı" – "Şerurspor" matçının 42-ci dəqiqəsində qonaqların futbolçusu Hidayət Bəylərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
"Energetik" – "Neftçala" matçının 86-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Kamran Lalayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu isə 200 manat ziyana düşüb.