 
 İtaliya milli komandasının baş məşqçi postuna yeni namizəd ortaya çıxıb. Sportnet.az-ın "Sky" nəşrinə istinadən məlumatına görə, bu, "Yuventus"un baş məşqçisi Antonio Kontedir.
İtaliya milli komandasının baş məşqçi postuna yeni namizəd ortaya çıxıb. Sportnet.az-ın "Sky" nəşrinə istinadən məlumatına görə, bu, "Yuventus"un baş məşqçisi Antonio Kontedir. 
	
	Konte DÇ-2014-də uğursuz çıxışla əlaqədar istefa vermiş Çezare Prandellini əvəzləyə bilər. Bu təyinat baş tutsa, 45 yaşlı mütəxəssisin həm klubda, həm də yığmada çalışması mümkündür. 
	
	Qeyd edək ki, İtaliya yığması 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindəndir. 
	
	








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    























































