Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən Zaqatalanın "Simurq” klubu fiziki testlər verib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gündə iki dəfə məşqə çıxan əyalət təmsilçisi səhər məşqində fiziki ağırlıqlı çalışmaları yerinə yetirib.
Axşam məşqləri isə yüngül isinmə hərəkətlərindən sonra qısa ötürmələr, iki qrupa bölünərək "kvadrat” və ikitərəfli oyunla tamamlanıb.
Dünən baş tutan səhər məşqində baş məşqçi Georgi Çixradze yetirmələrinin fiziki hazırlığından test götürüb. Bundan sonra istirahətə çəkilən zaqatalılar günü axşam məşqi ilə tamamlayıb.
Qeyd edək ki, Stepan Polyak da 2 gündür ki, düşərgəyə qoşulub.