Bu gündən etibarən Bakı şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayacaq. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, toplanış iyulun 6-da başa çatacaq.
Baş məşqçi Təbriz Həsənov toplanışa 22 futbolçu dəvət edib.
Qeyd edək ki, toplanışda "Neftçi" klubu hamıdan çox - 5 futbolçu ilə təmsil olunur.
Millinin heyəti: Kamran İbrahimov, Ərziman Rizvanov, Pilağa Mehdiyev, Bahadur Həziyev, Eşqin İsrafilov ("Neftçi"), Mir-Emil Həsənov, Kamran Əliyev, Ceyhun Muxtarlı, Nadir Qasımov ("İnter"), Murad Qayalı, Aqşın Hüseynov, Elvin İmanlı, Fərid Nəbiyev ("Qəbələ"), Əsgər Hüseynov (AZAL), Asim Abdullazadə, Məhərrəm Həsənov, Samir Əliyev ("Bakı"), Famin Əliyev, Məhəmməd Hüseynov, Nahid Zülfüqarov ("Qarabağ"), Yusif Həsənov, İbrahim Qədirzadə ("Xəzər Lənkəran").