UEFA-nın İntizam Komitəsi Moldova Futbol Federasiyasını cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, AVRO-2016-nın seçmə qrup mərhələsində Moldovada Rusiya yığmasına qarşı keçirilən oyunda yerli azarkeşlərin priotexniki vasitələrdən istifadə etməsi və irqçi şüarlar səsləndirdiyi üçün federasiya 15 min avro cərimələnib.
Bundan başqa komitə Moldova yığmasının növbəti ev oyununda stadionun azarkeş sektorlarından birinin bağlanmasına qərar verib.
Noyabrın 17-də Azərbaycan millisi Moldova ilə Bakıda yoldaşlıq görüşü keçirəcək.
Noyabrın 17-də Azərbaycan millisi Moldova ilə Bakıda yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, moldovalı azarkeşlər tribunalarda olarkən təhqiredici mahnılar, siyasi şüarlar səsləndirib və siyasi əhəmiyyət daşıyan pankartlar açıblar. Üstəlik fanatlar öz sektorlarına qadağan olunmuş simvollar yerləşdirib.