Əlavə vaxtı olan oyunlarda 4 futbolçu əvəzetməsinə icazə verilə verilə bilər. Sportnet.az-ın məlumatına görə, bu barədə matçların analizi üzrə FİFA-nın texniki qrupunun üzvü Jerar Ulye açıqlama verib.
Onun sözlərinə görə, təklif qəbul olunsa, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatından qüvvəyə minəcək: "Biz bu ideyanı baxılmaq üçün müzakirəyə çıxaracağıq. Məncə, yaxşı fikirdir. Amma bu, yalnız əlavə vaxta şamil olunmalıdır. Çünki həmin bölümdə kimsə zədələnə bilər. Niyə də yox? Əvəzetmələr vacib rol oynayırlar. Çünki oyunçular meydana enerjili və motivasiyalı çıxırlar. DÇ-2014-dəki qolların demək olar ki, 1/4-i son 15 dəqiqədə vurulub".
Qeyd edək ki, hazırda oyunlar zamanı əlavə vaxtdan asılı olmayaraq, 3 əvəzetməyə icazə verilir.