
Almaniya "Ayntraxt"ının baş məşqçisi Tomas Şaaf yeni klubu ilə müqavilə imzalayıb. Sportnet.az-ın məlumatına görə, Şaaf bundan sonra "Hannover"ə rəhbərlik edəcək.
Mütəxəssislə 2017-ci ilin yayınadək müqavilə imzalanıb. T.Şaafın rəhbərlik etdiyi "Ayntraxt" qış fasiləsinə Bundesliqanın 9-cu pilləsində yollanıb.
Qeyd edək ki, "Hannover"in sabiq çalışdırıcısı Mixael Frontsek uğursuzluq səbəbindən komandadan uzaqlaşdırılıb.








































































