Ukrayna milli komandası və Kiyev "Dinamo"sunun sabiq baş məşqçisi Oleq Bloxin İsrail yığmasının sükanı arxasına keçməkdən imtina edib. Sportnet.az-ın "Sport5"ə istinadən məlumatına görə, ukraynalı mütəxəssisi İsrail Futbol Federasiyasının təklif etdiyi maliyyə şərtləri razı salmayıb.
Ölkə millisi AVRO-2016-ya vəsiqə qazana bilməyib. Bundan sonra Eli Qutman baş məşqçi postundan imtina edib. Hazırda baş məşqçi postuna bir neçə yerli və əcnəbi mütəxəssis namizəd göstərilsə də, yekun qərar verilməyib.