1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Subaşiçlə Türkiyənin iki klubu maraqlanır
Azərbaycan millisinin hücumçusu Branimir Subaşiç "Orduspor"dan ayrılacaq. Sportnet.az-ın məlumatına görə, Türkiyə klubunun mətbuat katibi Durmuş Karaağaç bu barədə yerli mətbuata danışıb.
Subaşiçlə yolların ayrılmasına səbəb əmək haqqısının yüksək olmasıdır. Azərbaycanlı futbolçudan əlavə Aleks İonita ilə də yola davam etməmək qərarı alınıb. Lakin Karaağaç bu oyunçuların komandaya xeyir verdiklərini deyib: "Hər iki futbolçunun son mövsüm komanda üçün etdikləri müzakirə edilə bilməz. Yeni mövsümdən az məvacibli, lakin komandaya daha da çox kömək edə biləcək futbolçularla yola davam etməyi düşünürük".
Ordu təmsilçisinin sözcüsü 32 yaşlı hücumçuya təkliflərin olduğunu da söyləyib: "Bir legioner futbolçu gətirəcəyik. Bir neçə gün ərzində bu məsələ öz həllini tapacaq. Hazırda Subaşiçə "Boluspor" və "Bucaspor"dan təkliflər var, İonita isə hələ gözləyir. Bu futbolçularla bağlı idman direktorumuz Tahsin Türkmən məşğul olur".
Qeyd edək ki, Branimir Subaşiç son mövsüm "Orduspor" forması ilə çempionatda 8, kubok oyunlarında isə 1 qola imza atıb.