"Neftçi”nin kapitanı Aqil Məmmədov "Zirə”yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasınının XXIII tur matçından sonra brifinq keçirib. Qapıçı Sportnet.az-ın da suallarını cavablandırıb.
- Bugünkü oyunda böyükhesablı məğlubiyyəti ilə nə ilə izah edərdin?
- Oyuna yaxşı başlamışdıq. Qırmızı vərəyəqə kimi böyük üstünlüyümüz var idi. Ancaq "qırmızı”dan sonra oyunumuz təmiz "sındı”. Heç nədən futbolçumuz meydandan çıxarıldı. Nəticə də belə oldu.
- Yəni, baş hakimin qərarı ədalətsiz idi?
- Mən hakimliyə bir söz demirəm, Fariz Yusifova hörmətimiz var. Ancaq bu qədər asan qırmızı vərəqə vermək olmaz. Özü də ki belə bir oyunda.
- Buraxdığın ikinci qol sənin səhvin idi, yoxsa müdafiəçilər səni çaşdırdı?
- Qol buraxırsanda, bu, o demək deyil ki, qapıçı və ya müdafiəçinin səhvidir. Sadəcə, rəqib məndən əks tərəfə zərbə vurdu. Çətin zərbə idi.
- Hesabın belə olacağını düşünürdünüz?
- Düzü, biz Zirəyə qələbə üçün gəlmişdik. 0:3 hesablı məğlubiyyət aşkar gözlənilməz oldu. Mən bu nəticəni qırmızı vərəqə ilə əlaqələndirirəm. Mənasız bir yerdə qırmızı vərəqə aldıq.
- "Neftçi” "Zirə”ni bunadək də məğlub edə bilməyib. Niyə bu rəqiblə oyununuz sizin üçün uğursuz alınır?
- "Zirə” çox yaxşı komandadır. Çempionatda 2-3 yaxşı oynayan komanda varsa, biri də odur. "Zirə”ni təbrik edirəm. Yaxşı kollektivləri var, yaxşı oyun göstərdilər.
- Səncə, belə durumdan sonra komanda toparlamaq üçün nələr etmək lazımdır?
- Belə vəziyyətdə çətinliyi, oyunu, nəticəni unudub yaxşı məşq etmək lazımdır. Qarşıda "Xəzər Lənkəran”la kubok, ardından "Qəbələ” ilə çempionat oyunumuz var. Həmin matçlarda qələbə qazanmağı düşünmək lazımdır.
- "Neftçi” xal itkiləri ilə avrokuboklar zonasından daha da uzaqlaşır. Belə vəziyyətdə Avropa Liqasına çıxma şansını necə dəyərləndirirsən?
- Qarşıda 14 çempionat oyunumuz var. Sadəcə, dəyişib yaxşı oynamaq lazımdır. Beyni dəyişmək lazımdır ki, belə psixoloji gərginlikdən çıxaq. Hazırkı vəziyyətdə ən vacibi budur.
Mehman SÜLEYMANOV