Azərbaycan I divizionun XVI turunun "Mil-Muğan” – MOİK matçından sonra qalmaqal baş verib. Sportnet.az-ın məlumatına görə, MOİK klubunun futbolçuları soyunub geyinmə otağının giriş qapısının lövhələrini və bir neçe inventarı sındırıblar.
Nəticədə stadiona maddi ziyan dəyib.
AFFA İntizam Komitəsi olayla bağlı ölçü götürüb. Qərara alınıb ki, "Mil-Muğan"ın dəymiş ziyana əsasən təqdim edəcəyi hesaba uyğun olaraq MOİK klubu bütün zərəzi qarşılasın.
Qeyd edək ki, oyun "Mil-Muğan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.







































































