1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bütün 1/4 finalçılar müəyyənləşdi - YENİLƏNDİ
Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, bununla da Avroliqada yoluna davam edəcək 8 komandanın adına aydınlıq gəlib.
Türkiyənin avrokuboklarda qalan yeganə təmsilçisi "Fənərbağça" da mübarizəni dayandırıb. İstanbul klubu Portuqaliyada böyük hesabla uduzduğu matçı 8 nəfərlə başa vurmalı olub. Belə ki, baş hakim qonaqların 3 futbolçusunu meydandan qovub. Bu azmış kimi, "Fənərbaxça"nın yarımmüdafiəçisi Volkan Şən qırmızı vərəqə alarkən referini itələyib və bu hərəkətinə görə UEFA-dan ağır cəzalandırılacağı gözlənilir.
Təbii ki, günün əsas sensasiyası İtaliyada qeydə alınıb. "Sparta" evdə 1:1 hesablı bərabərliyə qaldığı "Latsio"nu səfərdə darmadağın edib. "Braqa" və "Sparta" ilə yanaşı, "Atletik", "Vilyarreal", "Sevilya (hər üçü İspaniya), "Liverpul" (İngiltərə), "Şaxtyor" (Ukrayna), "Borussiya" (Dortmund, Almaniya) mübarizəni davam etdirib. Göründüyü kimi, ispanların hegemonluğu diqqət çəkir.
Turnirin 1/4 final mərhələsinin püşkü martın 18-də atılacaq.
Avropa Liqası, 1/8 final, cavab oyunları
22:00. "Valensiya" (İspaniya) - "Atletik" (İspaniya) - 2:1
Qollar: Santi Mina, 13, Santos Aderlan, 37 - Aritz Aduris, 76
İlk oyun: 0:1
22:00. "Latsio" (İtaliya) - "Sparta" (Çexiya) - 0:3
Qollar: Borek Dokal, 5. Ladislav Kreyci, 10, Julius Lukas, 44
İlk oyun: 1:1
22:00. "Bayer" (Leverkusen, Almaniya) - "Vilyarreal" (İspaniya) - 0:0
İlk oyun: 0:2
00:05. "Braqa" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) - 4:1
Qollar: Əhməd Hossan, 13, Josue, 67-pen, Nikola Stolijijkoviç, 74, Rafa Silva, 83 - Alper Potuk, 45
Qırmızı vərəqələr: Mehmet Topal, 67, Ahmet Potuk, 87, Volkan Şən, 90+7
İlk oyun: 0:1
00:05. "Mançester Yunayted" (İngiltərə) - "Liverpul" (İngiltərə) - 1:1
Qollar: Antoni Martial, 32 - Koutinyo, 45
İlk oyun: 0:2
00:05. "Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2
Qollar: Sonq-Punq Min Pyer-Emerik Obameyanq, 24, 71
İlk oyun: 0:3
00:05. "Anderlext" (Belçika) - "Şaxtyor" (Ukrayna) - 0:1
Qol: Dentinyo, 90+3
Qırmızı vərəqələr: Kara Mbodji, 87 - Aleksandr Kuçer, 84
İlk oyun: 1:3
00:05. "Sevilya" (İspaniya) - "Bazel" (İsveçrə) - 3:0
Qollar: Adil Rami, 35, Kevin Qameyro, 44, 45
İlk oyun: 0:0