
Bu gün Azərbaycan çempionatının I divizionunda 20-ci tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun mərkəzi oyununda liderlərin görüşü olub.
"Neftçala” "Qaradağ Lökbatan”ı evdə məğlub etməklə onu arxada qoyub və liderliyi yenidən ələ keçirib. Soin pillədə gedən "Energetik”in Premyer Liqaya iddialı "Şəmkir"i yenməsi ən gözlənilməz nəticə olub. "Şərurspor” isə evdə "Turan Tovuz"a uduzmaqla meydan sahiblərinin günü qələbə ilə tamamlamasına imkan verməyib.
2 aprel
"Energetik” – "Şəmkir” – 1:0
Elçin Abdullayev, 80
"Neftçala” – "Qaradağ Lökbatan” – 2:0
Aqşin Muxtaroğlu, 18, Elvin Adışirinli, 28
"Şərurspor” – "Turan Tovuz” – 0:1
Tuqay Alhüseynli, 51