Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Azərbaycan xalqına başsağlığı verib. Sportnet.az-ın AFFA-nın rəsmi "Facebook” səhifəsinə istinadən məlumatına görə, xorvaxtiyalı mütəxəssis son günlər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində qəhrəmanlıqla şəhid olan 15 Azərbaycan əsgərinin ölümündən böyük üzüntü duyduğunu bildirib.
Porosineçki özünün və ailəsinin adından şəhid ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.