
"Zirə"nin legioneri Nelson Bonilya Azərbaycan Premyer Liqasının cari mövsümünün tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, salvadorlu hücumçu 2015/2016 mövsümündə ilk het-trikin müəllifi olub.
Bunadək nə cari çempionatda, nə də kubokda 1 oyunda 3 qol vuran futbolçu olub. Sonuncu het-trik 2 il öncə qeydə alınıb. Çünki ötən mövsün buna nail olunmayıb. Axırıncı dəfə bir oyunda 3 qol vuran futbolçu "Qarabağ”ın braziliyalı legioneri Reynaldo Silva olub. O, 2014-cü il mayın 7-də "İnter”i 4:1 hesabı ilə məğlub edtikləri matçda fərqlənib. Həmin het-trikdən isə 23 ay keçib.
Qeyd edək ki, Nelson Bonilya həm özünün, həm də "Zirə”nin Premyer Liqada ilk het-trikinin müəllifi olub.