
Azərbaycan milli komandasının mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Sportnet.az-ın məlumatına görə, rəqib Makedoniya yığması olacaq.
Oyun mayın 29-da keçiriləcək.
Azərbaycan millisi Avstriyadakı hazırlıq prosesi çərçivəsində daha bir yoldaşlıq görüşünü iyunun 3-də Kanada yığması ilə də keçirəcək.