"Beşiktaş”ın yeni stadionda debütü uğurlu alınıb. Sportnet.az-ın məlumatına görə, "Qara Qartallar” "Vodafon Arena”da "Bursaspor”u 3:2 hesabı ilə məğlub edib. Qələbədə Almaniya yığmasının sa üzvü olan təcrübəli hücumçu Mario Qomes böyük rol oynayıb. Belə ki, Qomes dubl müəllifi olub.
Matçın sonu gərgin keçib. Belə ki, hakimin final fitindən sonra futbolçular bir-birlərinə qarşı sərt davranıblar. Konkret olaraq Kuarejma ilə Hosoqani arasında insident olub. Portuqaliyalı futbolçu əsəblərinə hakim ola bilməyərək rəqib futbolçunun üstünə cumub və onu yerə yıxıb. Bu zaman "Bursaspor”lu futbolçular Kuarejmanı əhatəyə alıblar. "Beşiktaşlı” futbolçular portuqaliyalının müdafiəsinə qalxıblar. Nəticədə ehtiyat oyunçular skamyasında olanlar da meydana girərək aranı sakitləşdirməli olublar. Nəticədə baş hakim Barış Şimşək 2 futbolçuya ikinci sarı vərəqə göstərərək onları meydandan çıxarıb.
"Bursaspor”n baş məşqçisi Hamza Hamzaoğlunun tribunalar göndərilməsi də qonaq futbolçuları gərginləşdirib.