"Fənərbağça"nın baş məşqçisi Vitor Pereyra "Qalatasaray"la qolsuz bərabərliyə qaldıqları səfər matçını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis nəticənin niyə belə olduğunu anlamadığını bildirib.
Onun sözlərinə görə, bəzən futbol bizləri çətin suallarla qarşı-qarşıya qoyur: "Sanki öz meydanımızda kimi futbol oynadıq. Qazanmaq istəyən tərəf biz idik. Bu axşam qələbə qazana bilmədiyimizi anlamaq çətindir. "Qalatasaray" qalib gəlmək üçün nə etdi? Biz bir çox fürsət yaxaladıq. Buradan niyə qələbə ilə ayrılmadığımızı anlamıram. Çempionluq mübarizəsinin bizim üçün burada bitdiyini deyə bilmərəm, ancaq bizim üçün bir çox şeylər çətinləşdi".
Xatırladaq ki, 2-ci pillədə olan "Fənərbağça" lider "Beşiktaş"dan artıq 5 xal geri qalır.