Bosniya və Herseqovina çempionatının reqlamentin dəyişdirilməsi gündəmdədir. Sportnetaz.-ın məlumatına görə, komandaların sayının 16-dan 12-yə endirilməsi və "altılıq" sisteminin tətbiq olunması gözlənilir.
Bununla bağlı mütəxəssislər arasında fikir mübadiləsi aparılır və azərbaycanlı futbolsevərlərə tanış olan Almir Hurtiç də düşüncələrini bölüşüb. Bir vaxtlar Salyanın "Muğan" klubunun, hazırda isə vətənində "Sarayevo"nun baş məşqçisi olan 45 yaşlı mütəxəssis Premyer Liqamızı nümunə göstərib: "Mən Azərbaycanda işləmişəm və orada belə sistem vardı. Düşünürəm ki, "altılıq" inkişafa xidmət edir. Buna görə də komandaların sayının azaılması ilə çox şey qazanacağıq. Yüksək liqada səviyyəli oyunçuların çoxluğu ilə böyük konsentrasiya olacaq".