"Qarabağ"ın futbolçusu Muarem Muarem "Neftçi" ilə oyundan sonra brifinq keçirib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, makediniyalı yarımmüdafiəçi ilk olaraq matç haqda qısa fikirlərini bildirib.
- Meydana qələbə üçün çıxmışdırq. İlk hissədə rəqib qapısına yol tapa bilmədik. Çox şükür ki, qollarımızı ikinci hissədə vura bildik və 3 xal qazandıq.
- Artıq çempionluq yolunda əsas məsələni həll etdiyinizi demək olarmı?
- Qarşıda 6 matçımız var. Bu oyunda qalib gəlməklə çempionluğa bir az da yaxınlşadıq. Ancaq mövsümü uğurla başa vurmaq lazımdır. Biz də erkən çempion olmaq istəyirik.
- Bir neçə gün öncə klub prezidenti Tahir Gözəllə futbolçularla bazada görüşü olmuşdu. Sizinlə nə söhbət etmişdi?
- Ciddi anlamda söhbət oldu. Qarabağ haqda danışdıq. Hansı adlı bir klubun formasını daşıdığımızın məsuliyyətini dərk edirik. Buununla bağlı bizimlə söhbətləşdi. Bildirdi ki, həm Azərbaycanda, həm də Avropada "Qarabağ"ı layiqincə təmsil etmək istəyirik. Biz də bunu istəyirik. Yaxşı bir görüş oldu.
- Ancaq "Qarabağ"ın legionerlərində Qarabağ olayları ilə bağlı dəstək hiss olunmur...
- Hansı mənada?
- Məsələn, Ermənistanda bir nümunə oldu. Serbiyalı futbolçu qol vurandan sonra formaısnı çıxardı və orada "Qarabağ" Ermənistanındır" sözləri yazılmışdı. Ancaq "Qarabağ"ın legionerləri sosial şəbəkələrdə, öz ölkələrinin mətbuatında "Qarabağ" Azərbaycanın ərazisidir" fikirni deməyiblər...
- Komanda yoldaşlarımın düşüncələrini bilmirəm. Ancaq özümlə bağlı danışa bilərəm. Mən başqa bir şey hiss etmədim. Hər kəs məşqlərdə həmin olaylar haqda danışırdı. Təbii ki, oyunda qol vurandan sonra əsgər salamı vermək önəmlidir.
- Oyunların bir neçəsini Ağdamda keçirməklə bağlı klub rəhbərliyi ilə danışmaq istərdinizmi?
- Bu, onların qərarıdır. Nə deyirlərsə, onu edirik.
- Ağdamda oynamaq istərdin?
- Elə bir ehtimal olarsa, yaxşı olardı. Onsuz da əvvəl oynayırdıq. Mən gələndən sonra 6 ay Ağdamda çıxış etdik. Elə də pis deyildi.
- Sonra dedilər ki, futbolçular narazıdırlar, orada şərait pisdir. Bu üzdən Ağdamdan Bakıya köçdülər. Həqiqətən futbolçular narazı idi?
- Bəlkə o zamana görə belə idi, şərait futbolçular üçün o qədər yaxşı deyildi. Buna görə belə qərar alındı. Rəhbərlik nə deyirsə, onu etməliyik.
- Qaçırdığın yüzfaizlik qol epizodu barədə nə deyərdin?
- Çox qol vurmaq istədim, bu üzdən alınmadı.
- İki rəqibini peşəkar səviyyədə aldatdın. Ancaq zərbən peşəkarcasına olmadı...
- Mən komanda yoldaşlarımla bu haqda danışırdım. Məşqlərdə 100 dəfə zərbə vururuq. Yavaş vuranda da top qapıya daxil olur. Ancaq bu dəfə güclü zərbəm dəqiq olmadı. Gələn oyunlarda fərqlənərəm.
- "Qarabağ" gedənədək olan Muarem və indiki Muarem. Hansı daha üstündür?
- Təbii ki, getməzdən özümü daha yaxşı hiss edirdim. Türkiyəyə gedəndən sonra uzun müddət oynamadım. Artıq buraya qayıtdım. Yavaş-yavaş formaya düşəcəyəm.
- Getdiyinə görə peşmansanmı?
- Əlbəttə. Ancaq hər bir insan xəta edə bilir. Hər zaman daha yaxşısının olacağını düşünürsən. Ancaq olmur. Buna görə geri döndüm.