1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bir həsrətə kapitan son qoydu, digərinə keçmiş futbolçusu imkan vermədi
"Kəpəz"in cari mövsümdə "İnter"lə başa çatan oyunları uğursuz alınıb. Sportnet.az-ın məlumatına görə, Gəncə təmsilçisi bürünc medal uğrunda əsas rəqiblərindən olan "bankirlər"i 4 oyunun heç birində məğlub edə bilməyib. Bakıda bir qayda olaraq 0:1 hesabı ilə uduzan Şahin Diniyevin yetirmələri evdə bərabərliyə imza atıblar - 0:0 və 1:1.
Ümumiyyətlə, "İnter" "Kəpəz" üçün arzuolunmaz rəqibdir. Təsadüfi deyil ki, gəncəlilər bu komandaya nəinki qalib gələ, qol da vura bilmirdi. Sonuncu qol 2012-ci ilin oktyabrın 30-da 1:3 hesabı ilə uduzduğu matça, yəni 4 ilə yaxın öncə olmuşdu. Həmin oyunun səfərdə keçirildiyini nəzərə alsaq, Gəncədəki son qol ilə daha əvvəlki tarixə - 2010-cu ilin sentyabrın 26-a gedib çıxır. Onda "Kəpəz" "İnter"i 1:0 hesabı ilə məğlub edib və bundan sonra 6 ildir qələbə həsrəti davam edir.
Gəncə təmsilçisi qol həsrətinə kapitanı Tural Axundov 32-ci dəqiqədə penaltidən vurduğu qolla son qoyub. Ancaq bunun qələbə həsrətinə də son qoyulmasına "Kəpəz"in keçmiş hücumçusu Yuri Fomenko imkan verməyib. Fasilədən dərhal sonra meydana çıxan ukraynalı futbolçu 56-cı dəqiqədə "İnter"i məğlubiyyətdən xilas edib. Düzdü, legioner ona doğma olan Gəncə publikası qarşısında qolunu qeyd etməməyi ilə diqqət mərkəzinə düşüb. Maraqlıdır ki, "Kəpəz" "İnter"ə sonuncu qolunu vurduğu 4 il öncəki matçda Fomenko gəncəlilərin heyətində çıxış edib.