1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ukrayna yığması Bakıya gələcək heyəti müəyyənləşdirdi
Bakıda 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək Avropa çempionatında çıxış edəcək Ukrayna yığması heyətini müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Aleksandr Petrakov mayda paytaxtımızda baş tutacaq məsul turnirə 20 futbolçuya dəvət göndərib. Siyahını diqqıtinizə çatdırırıq.
Qapıçılar: Andrey Polunin ("Dnepr”), Vladislav Kuçeruk ("Dinamo”)
Müdafiəçilər: Denis Popov, Vitali Mikolenko (hər ikisi "Dinamo”), Valeri Bondar ("Şaxtyor”), Aleksandr Avramenko ("Metallist”), Aleksey Sıç ("Karpatı”), Timofey Suxar ("Dnepr”)
Yarımmüdafiəçilər: Aleksey Xaxlyov, Sergey Buletsa, Vladislav Naumets (hamısı "Dinamo”), Maksim Çex ("Şaxtyor”),
Yaroslav Qomenko ("Dnepr”), Nikolay Musolitin ("Çernomorets”)
Hücumçular: Denis Yanakov, Yuri Kozırenko (hər ikisi "Dinamo”), Vladislav Kuzmenko, Aleksey Kaşuk (hər ikisi "Şaxtyor”), Yaroslav Deda ("Volın”), Andrey Kulakov ("Metallist”)
Avropa çempionatına Antalyada hazırlaşacaq qukraynalılar yerli "Antalyaspor”la yoxlama oyunu keçirəcək. Aleksandr Petrakovun yetirmələri aprelin 29-da Bakıya gələcək.
Qeyd edək ki, B qrupunda yer alan Ukrayna millisi mayın 5-də Almaniya, 8-də Avstriya, 11-də isə Bosniya və Hersoqovina ilə üzləşəcək.