1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Migel Madera: "Qarabağ"ı "Barselona"ya bənzətmək olar" - MÜSAHİBƏ
Topaz Premyer Liqasının XXXI turunu da qələbə ilə başa vuran "Qarabağ”ın ispaniyalı futbolçusu Migel Madera jurnalistlər önünə çıxıb. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi "İnter"lə matçdan sonra medianın suallarını cavablandırıb.
- Qələbə qazandığınız oyunla bağlı nə deyə bilərsiniz?
- Oyun çətin keçdi. Bu çətinliyə rəğmən, növbəti qələbəmizi qazandıq və məqsədimizə bir qədər də yaxınlaşdıq.
- Oyunun birtərəfli keçməsi darıxdırıcı deyildi?
- Rəqib 9 nəfərlə müdafiə olunanda məcbursan ki, topu özündə saxlayasan. Güclü müdafiəni yarmaq asan deyil. Buna baxmayaraq, biz istədiyimizi əldə etdik və qollar vurduq. Bu qədər müdafiə olunmalarına rəğmən, biz kifayət qədər qol epizodu yarada bildik.
- İspan futbolçular sakit oyun tərzinə üstünlük versələr də siz aqressiv oynayırsız. Səbəbini izah edə bilərsiniz?
- Meydana çıxanda fikrimi tamamilə oyuna yönəldirəm. Bəzən hisslərimə nəzarət edə bilmirəm. Bu zaman məşqçilər korpusu kənardan xəbərdarlıq edirlər.
- Mövqeyinizə görə, yaydakı transferlər arasında heyətə düşmək baxımından çətinlik yaşayacağınız gözlənilirdi. Amma mövsümün gedişi bunun əksini ortaya qoydu. Bunu gözləyirdinizmi?
- Üzərimdə çox çalışıram. Təbii ki, daim oynamaq istəyirəm. Qərarı isə baş məşqçi verir.
- "İnter”lə kubok oyununda da qarşılaşacaqsınız. Həmin oyunun da sizin üçün belə rahat keçəcəyini gözləyirsinizmi?
- Kubok oyununda "İnter” meydana daha güclü şəkildə çıxacaq. Üstəlik, oyun süni örtüklü meydanda keçiriləcək. Bu da bizim üçün əlavə çətinlik yaradacaq. Yəni həmin oyunun asan keçəcəyini qətiyyən düşünmürük.
- Bu, karyeranızda ilk çempionluq olacaq. Əzmkarlığınızı buna bağlamaq olarmı?
- İndiyə qədər iki dəfə kubok qazanmışam. Qalibiyyət hissini bilirəm. Amma çempionluq sevinci yaşamamışam. Bunu çox istəyirəm.
- "Qarabağ”ı İspaniyanın hansı klubuna bənzədirsiniz?
- Topla çox oynamaq istəyinə görə "Barselona”ya bənzətmək olar. Amma keyfiyyətə gəldikdə, aradakı fərq çox böyükdü. Həm də fərqli çempionatlar olduğuna görə, müqayisə aparmaq da düzgün deyil.
Mənbə: apasport.az