
Klubdan braziliyalı sol cinah müdafiəçisinin "Çelsi"yə keçidinə dair razılığın əldə olunduğu açıqlanıb. Xəbəri "zadəganla"ın rəsmi saytı da təsdiqləyib.
Qeyd edək ki, Felipe Luis "Atletiko"da Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turanın ən yaxın dostlarından olub. 29 yaşlı futbolçu tibbi müayinədən sonra "Çelsi" ilə müqavilə bağlayacaq. Bu gün "zadəganlar" "Atletiko"nun hücumçusu Dieqo Kosta ilə də müqavilə bağladıqlarını açıqlayıblar.