1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" itkilərlə başladı
"Qəbələ” Azərbaycan Kubokunun 1/2 final mərhələsində "Neftçi" ilə aprelin 27-də keçirəcəyi ilk oyunun hazırlıqlarına start verib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” səfər oyununa Bakıda hazırlaşır.
Premyer Liqanın XXXI turunun "Xəzər Lənkəran”la səfər matçından (1:0) sonra fasiləsiz hazırlıq keçən komanda məşqlərdə iki qrupa bölünür. Son matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənirsə, digər oyunçular topla çalışır. Bugünkü məşq prosesi də iki qrup üzrə aparılacaq. Birincilər fiziki hazırlıq keçəcək, digərləri meydanda tapşırıqları yerinə yetirəcək.
"Qəbələ”nin zədəli futbolçularından Vojislav Stankoviç bu gündən komanda ilə məşq keçibsə, Rafael Santos bu gün kollektiv çalışmalara qatılacaq. Dodo, Ermin Zets, Sergey Zenyov, Ruslan Abışov və Vadim Abdullayev isə fərdi hazırlıq keçir.
Qeyd edək ki, aprelin 27-də baş tutacaq "Neftçi” – "Qəbələ” oyunu "Bakcell Arena”da keçiriləcək.