1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maqnus Vikman: "İngiltərəyə qalib gəlməyimiz sürpriz oldu"
"Sürpriz nəticə oldu. Biz güclü komandaya qarşı oynayırdıq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri İsveçin 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Maqnus Vikman jurnalistlərə açıqlamasında deyib. Bakıda keçirilən final mərhələsində çıxışına İngiltərə yığması üzərində 2:1 hesablı qələbə ilə başlayan Skandinaviya təmsilçisinin çalışdırıcısı bu nəticəni gözləməidklərini etiraf edib: "Bəlkə də İngiltərəyə qarşı 10 dəfə oynamışıq, 8-də uduzmuşuq. Ona görə də bu uğurlu nəticəni gözləmirdik. Biz ikinci hissəyə çox yorğun başladıq və oyun üslubumuzu dəyişməli olduq. Oyunun sürətini aşağı salmalı idik. Əks-hücum şanlarımız olsa da, bunları dəyərləndirə bilmədik. Rəqibi sıxmağa gücümüz qalmamışdı. Çünki çox yorulmuşduq".