1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Anyete: "Uzun-uzadı danışmağa belə dəyməz" - MÜSAHİBƏ
"Neftçi"nin futbolçusu Anyetenin "Sumqayıt"la Azərbaycan Premyer Liqası matçından sonra Sportnet.az-a müsahibəsi
- İlk növbədə, mövsümün yekunları barədə fikirlərinizi bildirərdiniz...
- Bu gün məğlub olsaq da, mövsümün yekunu olaraq, pozitiv məqamlar da var. Söhbət Azərbaycan Kubokunun finalına vəsiqə əldə etməyimizdən gedir. Deyərdim ki, bizim üçün mövsümün bəzəyi hələ irəlidədir. Çalışıb ən yaxşı futbolumuzu ortaya qoymaq istəyirik.
- Azərbaycanda ilk mövsümünü keçirdin. Bacardığın elə bu idi, yoxsa ilk mövsümü "adaptasiya ili” hesab edirsən?
- Mövsümün əvvəlini passivimə yazmalıyam. Çünki zədəli idim. Bu, həm də psixoloji baxımdan çətinliklər yaşamağıma rəvac verirdi. Ancaq turlar arxada qaldıqca, oyunumu tapdım.
- Doğrudur kubokun finalına çıxmağınızı qeyd etdin. Ancaq mövsümü medalsız başa vurdunuz. İndi bu günahı yumaq üçün yeganə şansınız məhz kuboka yiyələnməkdir. Ancaq rəqibiniz finalın favoriti hesab olunur...
- Həqiqətən "Qarabağ” cütlüyün favoritidir. Bu mövsüm ardıcıl 3-cü dəfə ölkə çempionluğunu qazandılar. Yaxşı fanat ordusuna sahibdirlər, sərgilədikləri futbol göz oxşayır. Amma "Neftçi”nin zəngin tarixi var. Bu barədə uzun-uzadı danışmağa belə dəyməz. Elə azarkeşlərimiz də daim yanımızdadırlar və hər an bizi dəstəkləyirlər. Finalda istənilən nəticə qeydə alına bilər. Çünki bir oyunun nəticəsindən bir tarix asılıdır. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bu səhifə "ağ-qara” rənglərə boyansın.
- "İnter” CAS-dan qalib ayrılmasa, komandanız Avropa Liqasında çıxış edəcək. Avrokubokda hədəfiniz nədir?
- Bu turnirdə Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq. Əlbəttə, maksimum irəliyə getməyə can atacağıq.