"QArabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kuboku uğrunda "Neftçi" ilə final oyuundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun yayım hüuququna malik olan "CBC Sport" ilkə imz atıb. Belə ki, Türkiyədə və bir sıra Avropa ölkələrində olduğu kimi mətbuat konfransı da canlı yayımlanıb.
- "Neftçi"nin futbolçuları bir neçə epizodda çox sərt oynadılar. Reynaldo və Almeydanı dəyişmək barədə düşünmədiz ki?
- Əlbəttə zədədən uzaq olmaq lazımdı. Ancaq futbol sərt oyundu. Bu oyun avroliqa öncəsi bizim üçün yaxşı başlanğıc oldu. Düzdü, bəzi epizodlarda 4-cü hakimə etiraz etdim. Ancaq məncə, normal oyun oldu.
- İkinci hissədə Maksim Medvedev və Rəşad Sadıqov mövqelərini dəyişdilər...
- AZAL-la oyunda da bir neçə dəfə belə dəyişikliklər etmişdim. Belə olanda, hücum qurmaqda bir az işimiz asanlaşır.
- Əlavə vaxtda Almeydanı meydandan çıxardız. Oyunun penaltilərə doğru getdiyi məqamda penalti ustasını çıxardız...
- Bu gün qalib gəlmək bizim qismətimizdə var idisə, penaltilərdə də qalib gələcəkdik. Oyunun son 15 dəqiqəsində sol cinahımızda boşluqlar var idi. Ona görə Muaremi meydana çıxardım.
- Oyunun taleyini 90 dəqiqə ərzində həll etmək istədiyinizi demişdiz...
- İlk 90 dəqiqədə oyunun taleyini həll etmək çətin idi. Bu cür oyunlarda həyəcan olur. Buna görə də futbolçularda son nöqtəni qoymaq çatmadı. Futbolçulara səbrli oynamağı tapşırmışdım. Oyunun 120 dəqiqə davam etməsi daha baxımlı oldu. Bəlkə də, bu cür sonluq azarkeşlərə futbolu bir azda sevdirdi.
- Reynaldonun 122-ci dəqiqədə qırmızı vərəqə görməsi barədə nə deyə bilərsiz?
- Əlbəttə, bu düzgün deyildi. Ancaq bu finaldı. Komanda 120 dəqiqə yaxşı mübarizə apardı. Məncə, buna görə onu bağışlamaq olar.
- Mövsüm bitdi. Yeni transferlər olacaq?
- Ölkə xaricində oyunçu axtarışındayıq. Ola bilsin, 1-ci, ya da 2-ci turda yeni oyunçulardan istifadə edək. Ancaq tapmasaq, indiki heyətlə davam edəcəyik.
- Yerli futbolçulara, məsələn, "Neftçi"dən bəyəndiyiniz futbolçu yoxdu ki?
- Fikrimcə, "Neftçi"dən hazırda bizə futbolçu verməzlər. Biz rəhbərliyin xəbəri olmadan da bu klubun oyunçularıyla danışıqlar aparmayacağıq.
- Klub prezidenti Tahir Gözəl ulduz futbolçu transfer edilə biləcəyini dedi.
- Rəhbərlikdən hansısa futbolçunun alınmasını tələb etməmişəm. Sadəcə, hansı mövqelərə oyunçu lazım olduğunu demişəm. Bizə əsas ulduz futbolçu yox, işini görən futbolçu lazımdı.
- Arif Daşdəmirov komandaya nə kimi kömək edə bilər?
- O, ilk növbədə azərbaycanlıdı. Müdafiənin hər iki cinahında oynaya bilir. Fikirləşirəm ki, yaxşı komanda qurmaq üçün yaxşı müdafiəçilər lazımdı. Digər mövqeləri sonra düzəltmək olar. Məncə, o bizə lazımlı oyunçudu. Onun gəlişi Aqollinin gedişin işarə deyil. O, gənclərə böyük örnəkdi.