"Neftçi"nin paraqvaylı futbolçusu Erik Ramos Azərbaycan Kubokunun finalında 2Qarabağ"la oyundan sonra müsahibə verib. Legioner Sportnet.az-ın oyunda olan əməkdaşının da sualının cavablandıırb. Ramos öncə 0:1 hesabı ilə uduzduqları matç haqda danışıb.
"Oyunun sonunda çox yorğun olmuşduq. Düşünürdük ki, sonda qələbə topunu vura biləcəyik. Ancaq çox təəssüf ki, buna nail ola bilmədi".
- Çempionluqla yanaşı, kubok əldən getdi. Bu mövsüm "Neftçi” üçün necə dəyərləndirərdin?
- 6-cı yer tutmuşuq. Çox təəssüf edirəm. Komandamızın nəticə qazanması alınmadı.
- Demək olarmı ki, bu, "Neftçi"də son oyunu idi?
- Dörd ildir buradayam. Düşünürəm ki, "Neftçi"də çıxışım davam etməyəcək. Bu, son oyunumun olduğunu deyə bilərəm.
- Son matçda qırmızı vərəqə almaq səni üzmədi?
- Son dəqiqədə olan bir şey idi. Çox pis oldum qırmızı vərəqəyə görə. Bunun verilməsinə əsəbiləşdim.
- Çılğın futbolçu olsan da,"Qarabağ”la oyunlarda nədənsə sakit görünür. Bu, rəqibin qorxmasından irəli gəlir, yoxsa ona hörmət edir?
- Düşünrəm ki, daha asta olmalı idim. Səhvlərə yol vermək istəmirdim. Ona görə özümü daha sakit aparmağa çalışırdım. Çempionatda fərqli olur. Bu oyunda daha ehtiyatlı olmalı idi ki, səhvlərə yol verməyək.
- Riçard Almeyda ilə olan epizodu çox aqressiv qarşıladın və oyundan sonra yanına gedərək nəsə dedin. Nə danışırdınız?
- Heç nə. Sadəcə, soruşdum ki, niyə bunu edib. Başqa heç nə soruşmadım. O, məndən niyə belə etdiyimi soruşdu. Cavab vermədim.