Avropa çempionatına hazırlaşan yığma komandaların iştirakı ilə növbəti yoldaşlıq görüşləri keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisinin DÇ-2018-in seçmə qrup mərhələsindəki rəqiblərindən 3-ü oyuna çıxıb.
Onlar fərqli nəticələr göstəriblər. Almaniya yığması Macarıstana 2:0 hesabı ilə qalib gəlib. Şimali İrlandiya Slovakiya ilə qolsuz heç-heçə edib. San-Marino isə millimizin AVRO-2016-nın seçmə qrup mərhələsində rəqibi olmuş Xorvatiya önündə aciz qalıb - 0:10.
Yoldaşlıq görüşləri
Fransa - Şotlandiya - 3:0
Qollar: Olivye Jiru, 8; 35. Loran Koselnı, 40
Slovakiya - Şimali İrlandiya - 0:0
Avstriya - Hollandiya - 0:2
Qollar: Vinsent Yanssen, 9. Georginyo Viynaldum, 66
Xorvatiya - San-Marino - 10:0
Qollar: Marko Pyatsa, 20. Mario Mancukiç, 24; 36; 38. Dario Srna, 25. İvan Perişiç, 40. İvan Rakitiç, 50. Nikola Kaliniç, 59; 73; 84
Almaniya - Macarıstan - 2:0
Qollar: Adam Lanq, 39-öz qapısına. Tomas Müller, 63


















































































