1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Abışov: "İki klubdan birinə keçəcəyəm"
"Qəbələ"dən ayrılmağım karyeramı paytaxtda davam etdirmək istəyimlə bağlıdır. İnşallah, xeyir iş olmalıdır. Ona görə də Bakıya qayıtmaq istədim". Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov deyib. 29 yaşlı müdafiəçi ötən mövsümü keçirdiyi "Qəbələ" ilə yollarını ayırmağı üstün tutub.
Bu il ailə həyatı qurmağı planlaşdıran Abışov əyalətdə çıxışını davam etdirmək istəmir: "Karyeramı Bakı klublarından birində davam etdirəcəyəm. Bu, ya "Neftçi" olacaq, ya da "İnter" olacaq. Dəqiqləşəndən sonra rahat danışa bilərəm. Hələ ki keçidim həll olunmayıb. Bu həftənin sonunadək məsələmə tam aydınlıq gəlməlidir".
Abışov indiyədək "İnter"də oynamayıbsa, "Neftçi" ona çox yaxşı tanışdır. Çünki o, futbolda ilk addımlarını məhz bu klubda atıb. Abışov ilk peşəkar klubu olan "ağ-qaralar"da 6 il (2006-2012-ci illərdə) oynayıb, heyətində həm Azərbaycan çempionu, həm də ölkə kubokunun qalibi olub.
Futbolçu legioner həyatı yaşamaq variantının üzərindən xətt çəkmir: "Bilmək olmaz, hər şey ola bilər. Hazırda xaricdən təklif yoxdur. Ancaq bütün variantları nəzərdən keçirirəm".
Xatırladaq ki, Abışov vaxtilə Rusiyanın "Rubin" klubunun şərəfini qorusa da, orada çox az oynayıb.