1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fransada tarixə düşəcəklər
Fransanın ev sahibliyi edəcək Avropa çempionatı bəzi yığma komandalarının baş məşqçiləri üçün ilklə yadda qalacaq. Sportnet.az-ın məlumatına görə, 12 mütəxəssis ilk dəfə hazırda rəhbərlik etdiyi komandalarla beynəlxalq turnirə qatılacaq.
Bunlar Canni De Byazi (Albaniya), Leonid Slutski (Rusiya), Yan Kozak (Slovakiya), Kris Koulman (Uels), Mixayl Fomenko (Ukrayna), Maykl ONil (Şimali İrlandiya), Ante Çaçiç (Xorvatiya), Pavel Vrba (Çexiya), Antonio Konte (İtaliya), Martin ONil (İrlandiya), Adam Navalka (Polşa), Marsel Koller (Avstriya) və Macarıstan yığmasının baş məşqçisi Bernd Ştorkdur.
Digər baş məşqçilər isə artıq yığma komandalarla beynəlxalq oyunlarda çıxış edib. Fatih Terim (Türkiyə), Visente del Boske (İspaniya), Anxel Lordaneski (Rumıniya), Roy Hocson (İngiltərə), Yoahim Löv (Almaniya), Mark Vilmots (Belçika), Fernando Santos (Portuqaliya) hazırkı komandaları ilə beynəlxalq turnirlərdə çıxış ediblər.
Qeyd edək ki, bu gün start götürəcək Avropa çempionatına iyulun 10-da yekun vurulacaq.