1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Platini, Mpenza və Payet
Futbol üzrə Avropa çempionatı çərçivəsində qrup turnirinin keçirilməyə başladığı vaxtdan meydan sahibləri açılış matçlarında 9 dəfə iştirak ediblər. Sportnet.az-ın məlumatına görə, bu qarşılaşmalardan yalnız 3-ü təşkilatçı ölkə üçün uğurlu alınıb.
Ev sahiblərinin hər qələbəsini 16 illik zaman kəsiyi ayırır. 1984 və 2016-cı illərdə Fransa, 2000-ci ildə Belçika qələbə ilə başlayıb.
Qeyd edək ki, açılış oyununda fərqlənənlər arasında sonradan "Neftçi"də çıxış etmiş və klubdan 1 milyon dollar təzminat udan Emil Mpenza da var. O, 2000-ci ildə Belçikaya qələbə qazandıran topu vurubsa, bu dəfə Dimitri Payet eynihesablı qələbədə meydan sahiblərinin ikinci qolunun müəllifi olub. Meydan sahiblərinin ilk dəfə qələbə qazandığı AVRO-1984-də isə yeganə qolu UEFA prezidenti postundan kənarlaşdırılmış Mişel Platini vurub.
Avropa çempionatının açılış matçları: