1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" başladı
"Qəbələ” futbol komandası 2016-2017 mövsümünün hazırlıqlarına start verib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan Premyer Liqasının ötən mövsümünün son turundan sonra istirahətə buraxılan "qırmızı-qaralar” iyunun 10-da Bakıda bir araya gəlib.
"Qafqaz City Hotel”də məskunlaşan "Qəbələ” ilk məşqini "Bakı” klubunun bazasında gerçəkləşdirib. Komanda əsasən fiziki təmrinlərə və topsuz çalışmalara üstünlük verib. "Qırmızı-qaralar” növbəti məşqinə bu gün çıxacaq.
Qeyd edək ki, hazırlıq prosesinin ilk mərhələsini paytaxtda keçirən komanda məşqlərini iyunun 15-dək "Bakı" klubunun təlim-məşq bazasında davam etdirəcək. Ardınca ölkə xaricinə yollanacaq Roman Qriqorçukun yetirmələri iyunun 16-dan 26-dək Gürcüstanın paytaxtı Tbilisidə hazırlıq keçəcək.