1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövnəq Abdullayev: "Ermənilərin etirazına baxan kimdir?"
"Fransada ermənilərin Avropa çempionatında SOCAR-ın adının reklam panellərinə yazılmasına etirazına baxan kimdir? Boş söhbətdir". Sportnet.az-ın məlumatına görə, AFFA və SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.
AVRO-2016-da SOCAR-ın reklamına ermənilərin etirazından söz açan R.Abdullayev bu işin asan başa əglmədiyini bildirib: "SOCAR-ın AVRO-2016-da adının olmasını çətinliklə, mübarizə ilə qazanmışıq. Bu, asan deyil. Orada rəqabət böyük idi. Hamı bilməlidir ki, Azərbaycanın simvolu, lokomotivi olan SOCAR 3 milyard insanın izlədiyi Avropa çempionatının əsas sponsoru olması və reklam panellərində Azərbaycanın adının yazılması böyük bir şeydir. Bu, həm də kommersiya baxımından əhəmiyyətlidir. Bu, sadəcə, sosial layihə deyil. Bütün regionlarımızda, dövlətlərdə bu brenddən istifadə edirik. Açığı, Gürcüstanda yanacaqdoldurma məntəqələrində satış 35 faiz, Rumıniyada 30 faiz, ən konservativ İsveçrədə 15 faiz artıb. İsveçrədə tarixi boyu düşünməzdik ki, bu qədər satış olar. Həmişə satış 1-2 faiz artanda sevinirdik. O cür oturuşmuş bazarda 15 faiz artımımız olub. Bunlar bizə əlavə gəlir gətirir".
SOCAR prezidenti AVRO-2016-nın açılış mərasiminə Azərbaycandan 8 nəfərin göndərildiyini də söyləyib: "Azərbaycanda da yanacaqdoldurma məntəqələrindən benzin vuranlara uduşlu kupon verilir. AVRO-2016-nın açılış mərasiminə SOCAR Petroleum" Azərbaycandan 8 nəfəri göndərmişdi. Eləcə də Gürcüstan və Rumıniyadan kupon udanlar da açılışda iştirak edib. Bu, kommersiya layihəsidir və biz xeyir götürürük".