1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Xorvatiya millisinə növbəti ölüm xəbəri
Futbol üzrə Xorvatiya yığması Avropa çempionatında növbəti sarsıdıcı xəbərlər alıb. Sportnet.az-ın məlumatına görə, Çexiya ilə oyun zamanı Luka Modriçin zədələnməsi və azarkeşlərin meydana fişənglər atmasından sonra qapıçılarla işləyən məşqçi Maryan Mrmiçin atasının vəfat etdiyi açıqlanıb.
Ötən tur Türkiyə ilə qarşılaşmadan sonra kapitan Daryo Srnanın atası dünyasını dəyişmişdi.
Üst-üstə gələn ölüm xəbərləri yığmanın əhval-ruhiyyəsini pozub. Xorvatiya millisini sarsıdan ölümlərin yalnız son iki olayla məhdudlaşmadığı, son zamanlar ölümlərin bir-birini izlədiyi ortaya çıxıb.
Baş məşqçi Ante Çaçiç 2015-ci ilin sentyabrında yığmanın sükanı arxasına keçdikdən 2 gün sonra anası Mariya Çaçiçi itirib. AVRO-2016 hazırlıqlarına başlanıldığı son 30 gün ərzində isə ölüm xəbərləri seriyası bir-birini əvəz edib, Son 2 hadisədən əvvəl isə Domaqoy Vida əmisini, Lovre Kaliniç qaynatasını itirib.