1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Rəşad Sadıqov: "Mərhələnin həll olunduğunu düşünənlər yanılır" - MÜSAHİBƏ
"Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasında Lüksemburqun "Düdelanj" klubu ilə oyundan sonra müsahibə verib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, təcrübəli müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- İlk olaraq matç haqda fikirlərini bildirərdin...
- Oyun bizim üçün rahat başlamışdı. İlk dəqiqələrdən yaxşı üstünlüyümüz vardı, iki qol da vurmuşduq. Ancaq getdikcə oyun gərginləşdi. Həm rəqib pressinq tətbiq etməyə başladı, həm də istədiyimiz hücumları qura bilmədik. Ümumilikdə 2:0 da yaxşı nəticədir.
- İlk hissədə "Qarabağ” yaxşı hücumlar etsə də, fasilədən sonra sanki bir qədər geri çəkildi. Bu, baş məşqçinin tapşırığı idi, yoxsa yorulmuşdunuz?
- Biz geri çəkilmədik. Sadəcə, ilk hissədə rəqib oynamağa imkan verdi, ikinci yarıda isə buna şərait yaratmadı. Çıxışlar zamanı biz də bir neçə dəfə topu itirdik və bundan sonra bir qədər ehtiyatlı oynamağa başladıq.
- Epizodların birində rəqib hücumçu sənə qarşı kobudluq elədi və ona yaxınlaşıb nəsə dedin. Onu təhqit etdin?
- Oyun vaxtı olan şeydir. Yadıma gəlmir nə dediyim (gülür). Əsəbləşmişdim, çünki topsuz vəziyyətdə ayağımı bərk basmışdı.
- Çoxdandır səni belə əsəbi görmürdük. Səbəb nə idi?
- Ondan qabaq da bir neçə top itirmişdim, üstünə də bu gəlincə gərginlik yaşandı. Bilirdik ki, oyuna tam hazır deyilik. Çünki mövsümün əvvəlidir. Formaya düşmək üçün bir qədər vaxt lazımdır.
- Səncə, cavab oyununda bir sürpriz ola bilər?
- Hesab 3:0 və ya 4:0 olsa idi, hansısa sürprizdən danışmaya bilərdik. Ancaq 2:0 elə də böyük fərq deyil. Səfərdə çox diqqətli olmalıyıq. Mərhələnin həll olunduğunu düşünənlər yanılır. Bizi qarşıda çox çətin 90 dəqiqə gözləyir. Bəlkə 120 dəqiqə.
- Azarkeş azlığı diqqətinizi çəkdimi?
- Normaldır, bəzən çox olur, bəzən az. Hər halda, indi məzuniyyət vaxtıdır. Gələnlərin hamısına minnətdarlığımı bildirirəm
- "Qarabağ”ın 3 oyunçusu sarı vərəqə aldı. Bu, gələcəkdə sizə mane olmayacaq?
- Qara Qarayevin cəzalandığı epizod əks-hücum idi. Düşünürəm ki, Qara düz elədi, çünki hücumun qarşısını aldı. Dani və Maksimin epizodlarını isə xatırlamıram. Əsas odur ki, mərhələni keçək, kimin oynadığı önəmli deyil.