İyulun 20-dən avqustun 6-a qədər Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Sportnet.az-ın məlumatına göğrə, bu, yığmamızın avqustun 7-dən 13-dək Qazaxıstanın Şımkent şəhərində təşkil olunacaq "Prezident kuboku” turnirində iştirakına hazırlıq xarakteri daşıyacaq.
Azərbaycanla yanaşı, turnirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, Rusiya və Albaniya yığmaları, həmçinin Braziliyanın "Kruzeyro” klubunun Qazaxıstandakı akademiyasının komandası mübarizə aparacaq.
Xatırladaq ki, yığmamız ənənəvi olaraq qatıldığı "Prezident kuboku" turnirinin 2014-cü ildə qalibi olub.