"Neftçi" klubu futbol üzrə Avropa Liqasında mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, flaqman turnirin ikinci təsnifat mərhələsində Makedoniya "Şkendiya"sına yenilib.
Bakıdakı ilk görüşdə qolsuz heç-heçə edən paytaxt təmsilçisi səfərdə minimal hesabla yenilib. Yeganə qolu 31-ci dəqiqədə Besart İbrahimi vurub.
Bu qələbə sayəsində "Şkendiya" tarixində ilk dəfə Avroliqada III təsnifat mərhələsinə yüksəlib.
Avropa Liqası, II təsnifat mərhələsi
Cavab oyunu
21 iyul
22:00. "Şkendiya" (Makedoniya) - "Neftçi" (Azərbaycan) - 1:0
Qol: İbrahim Besart, 31
Baş hakim: Erik Lambrexts
Yan xətt hakimləri: Karel De Rokker, Jo De Veyrdt
Dördüncü hakim: Frederik Geldhof (hamısı Belçika)
Hakim-inspektor: Nikolae Qriqoresku (Rumıniya)
UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)
Skopye. "Filipp II" Nasional Arena
İlk oyun - 0:0