"Qəbələ" ardıcıl 2-ci mövsüm Avropa Liqasının III təsnifat mərhələsinin iştirakçısı olacaq. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası bu dəfə Fransada "Lill" klubunun qonağı olacaq.
"Qırmızı-qaralar" ötən mövsüm də bu mərhələdə mübarizəyə rəqib meydanında başlayıb. "Apollon"la "Kiprdəki matç daha çox siyasi, azarkeş amilina görə gərgin alınıb, nəticədə matç bir neçə dəqiqəlik yarımçıq dayandırılıb. Hər halda, "Apollon"la matçların qəhrəmanı olan komandanın həmin vaxtkı kapitanı Cavid Hüseynovun sayəsində son saniyələrdə penaltidən bərabərlik qolunu vura bilmişik.
Ölkəmiz yalnız ötən mövsüm bu mərhələdə 2 komanda ilə təmsil olunub. "İnter"in səfər sınağı daha çətin olub. Hər halda, bu, İspaniya Primerosunun təmsilçisi "Atletik" idi. Bilbaoda keçirilən matçda 0:2 hesabı ilə uduzmuşuq.
Əvvəlki adı UEFA kuboku olan bu turnirdə nəinki III, II təsnifat mərhələsi də uzun müddət bizim üçün əlçatmaz olub. Təsadüfi deyil ki, Azərbaycan bu yarışda II mərhələnin iştirakçısı olmaq üşün 12 mövsüm - 2006-cı ilədək gözləməli olub. Yevlaxın "Karvan" klubu Slovakiya "Spartak"ını keçməklə (hər 2 oyunda 1:0) tarixi nəticəyə imza atıb.
Avropa Liqasının III təsnifat mərhələsinə ilk iştirakçısımız isə "Qarabağ" olub. Qurban Qurbanovun komandası buna "Rusenborq" zəfərini gerçəkləşdirməklə nail olub. Bu mərhələdə debütümüz də Skandinaviyada olub və 1:0 hesablı qələbəmizlə nəticələnib. "Qarabağ" ardıcıl 3 mövsüm III təsnifat mərhələsinə yüksələ bilib. Növbəti ildə də ilk oyunda səfərdə 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi bu dəfə Krakov "Visla"sını yenib və sonda onu keçib. Ancaq 3-cü mövsümdə səfərdə ilk sınaq Qurban Qurbanovun komandası üçün uğursuz alınıb. "Qarabağ"ı evdə böyükhesabla məğlub edən (1:0) Belçikanın "Brügge" klubu sonda cütün də qalibi olub.
Azərbaycan "Neftçi"nin timsalında ilk dəfə qrupa düşdüyü 2012/13 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsinin iştirakçısı ola bilməyib. Bu, həm də onunla bağlıdır ki, "Qarabağ" həmin mövsümdə avrokuboklardan kənarda qalıb.
Növbəti il avrokuboklara qayıdan, yenidən Avropa Liqasının iştirakçısı olan "Qarabağ" III təsnifat mərhələsinə bu dəfə evdə başlayıb. İsveçin "Gefle" klubuna son dəqiqələrdə vurduğumuz qolla qalib gələ bilmişik. Yəni "Qarabağ" yenə bu mərhələdə mübarizəyə 1:0 hesablı qələbə ilə başlayıb. Qurban Qurbanovun komandası Çempionlar Liqasının iştirakçısı olandan sonra təbii ki, bu turnirdə çıxış etmir. 2014-cü ildə "Neftçi" Avropa Liqasında III təsnifat mərhələsində debüt edib və evdə Gürcüstün "Çixura"sı ilə qolsuz bərabərliyə qalıb.
Beləliklə, Azərbaycan Avropa Liqasında son 7 mövsündən 6-da III təsnifat mərhələsinin iştirakçısı olub. Bunun 4-dən təmsilçimiz olan "Qarabağ" 3-də cütün qalibi olub. "Neftçi" "Çixura"nı, "Qəbələ" "Apollon"u keçdiyindən, onlar üçün III təsnifat mərhələsi uğurlu alınıb. Yalnız "İnter" bu mərhələni keçə bilməyib.
Göründüyü kimi, klublarımız 5 dəfə bu mərhələnin qalibi olub. III təsnifat mərhələsində ilk oyunlara gəlincə, 7 matçdan 3-də qalib gəlmiş, 2-də heç-heçə etmiş, 2-də uduzmuşuq. Göründüyü kimi, burada da balans xeyrimizədir.
Azərbaycan klublarının Avropa Liqasının III təsnifat mərhələsində ilk oyunları
2009/10 mövsümü
30 iyul
"Honka" (Finlandiya) - "Qarabağ" - 0:1
Qol: Elvin Məmmədov, 69
2010/11 mövsümü
27 iyul
"Visla" (Polşa) - "Qarabağ" - 0:1
Qol: Vüqar Nadirov, 69
2011/12 mövsümü
28 iyul
"Brügge" (Belçika) - "Qarabağ" - 4:1
Qol: Rauf Əliyev, 62
2013/14 mövsümü
1 avqust
"Qarabağ" - "Gefle" (İsveç) - 1:0
Qol: Reynaldo Silva, 89
2014/15 mövsümü
31 iyul
"Neftçi" - "Çixura" (Gürcüstan) - 0:0
2015/16 mövsümü
30 iyul
"Apollon" (Kipr) - "Qəbələ" - 1:1
Qol: Cavid Hüseynov, 90+5
"Atletik" (İspaniya) - "İnter" - 2:0
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb