1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Qalib gəlməli olduğumuz oyunda xal itirdik" - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının 2-ci turunda "İnter”lə qolsuz bərabərə qalan "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı danışıb.
- Qalib gəlməli olduğumuz bir oyunda xal itirdik. Bu, bir-iki futbolçudan asılı deyil.
- Oyunu "Maribor”un nümayəndəsi də izləyirdi. Komandanın bu gün xal itirməsi bununla bağlı deyil ki?
- Əlbəttə ki, yox.
- "Qəbələ” sanki bu gün çox ağır oynayırdı...
- Rəqib çox güclü idi. İlk turda son çempiona qalib gəldilər. Bu oyundan nəticə çıxararaq, gələn qarşılaşmalara hazırlaşmalıyıq.
- Avrokuboklarda belə bu dərəcədə hirsli görünmürsüz. Bu, heyətdə azərbaycanlı oyunçuların daha çox olmasıyla bağlı deyil ki?- Yəqin avrokuboklarda mənim hərəkətlərimi yaxşı izləməmisiz (gülür).
- Avropa Liqasındakı stadion dəyişikliyilə bağlı nə deyə bilərsiniz?
- Dəfələrlə demişəm ki, 8-ci km stadionu mənə çox yaxşı təsir bağışlayır. Orda gözəl atmosfer olur. Ancaq ot örtüyü ilə bağlı bu addımı atmağa məcbur olduq. Bunun oyunumuza mənfi təsir edəcəyini düşünmürəm.
- Svanadze nəticənin qanunauyğun olduğunu dedi...
- Rəqibin fikrini müzakirə etməyəcəm. Mənim şəxsi fikrim bundan ibarətdir ki, biz bu oyunda qalib gəlməli idik.
- Penaltini yerinə yetirən Kvekveskiri uzun müddət "İnter”də çıxış edib. Penaltini başqa futbolçu vura bilməzdi?
- Bunu mən də düşünmüşdüm. Ancaq bizdə penalti vuran futbolçular arasında meydanda yalnız Nika var idi. Əgər digər oyunçular olsaydı, penaltini başqasına həvalə edərdim.