Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Avstriyanın "Zalsburq" klubunun baş məşqçisi Adolf Hütter oyunöncəsi mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, Hütter bunları bildirib:
"Yaxşı motivə olunmuş bir komandadır. Sona qədər mübarizə aparırlar. Azarkeşləri də möhtəşəmdir. Braziliyalılar yaxşı oyun göstərir, ancaq təkcə onları fərqləndirməzdim. Yetərincə güclü futbolçuları var. Ümumilikdə götürəndə "Qarabağ" yaxşı oyun sərgiləyir. Biz öz oyunumuzu göstərməyə çalışacağıq. Stadionda atmosfer də fərqli olacaq, lakin bu bizim oyunumuza təsir etməyəcək. Biz həkimlərlər məsləhətləşdik. Yatmaq, qida və digər amilləri nəzərə alaraq, gec gəldik və bu komandaya heç bir mənfi təsir etməyəcək. Hazırda məni "Qarabağ" deyil, öz komandam maraqlandırır. İki futbolçumuz oynamayacq. Lakin yetərincə futbolçularımız var və onlar bu boşluğu aradan qaldıracaq. Komandada fərdi ustalıqdan daha çox, indi hansı formada olamqlarıdır və hamı özünə güvənir".
Qeyd edək ki, "Qarabağ" - "Zalsburq" qarşılaşması iyulun 30-da saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |