1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA-dan Çempionlar Liqasında vaxt dəyişikliyi
UEFA 2018/19 mövsümündən Çempionlar Liqasında oyunların başlanma vaxtını dəyişdirəcək. Sportnet.az-ın məlumatına görə, matçlar yenə həftənin 2-ci və 3-cü günləri keçirilsə də, saatlar fərqli olacaq.
Belə ki, oyunlar Bakı vaxtilə saat 21:00 və 23:00-da start götürəcək. İndisə matçlar üçün standart vaxt saat 23:45-dir.
Dəyişiklik onunla bağlıdır ki, UEFA belə sxemlə turnirin teleyayımından daha çox gəlir əldə edə biləcək. Almaniyanın məşhur Bild nəşri xəbər verir ki, qitə futbol qurumu dəyişiklərlə bağlı rəsmi məlumatı yaxın vaxtlarda açıqlayacaq.
Xatırladaq ki, məhz 2018/19 mövsümündən UEFA-nın əmsallar cədvəlində ilk 4 ən yaxşı ölkə qrup mırhələsinə birbaşa 4 vəsiqə əldə edəcək. Bundan əlavə, təsnifat mərhələsinin sistemi və digər ölkələrə kvotalar dəyişdirələcək.