"Oyunun çətin keçəcəyini hər birimiz yaxşı bilirdik, elə də oldu. Çünki "Zalsburq” güclü komandadır”. Sportnet.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsində Avsriya "Zalsburq"una qarşı keçirdikləri ilk oyundan sonra ağdamlıların futbolçusu Vüqar Nadirov bildirib.
Meydana çıxmayan Nadirov qələbəyə belə şərh verib: "Ancaq ilk oyunda biz qalib gəldik. İndi ancaq cavab oyunu haqda düşünürük. Avstriyada keçiriləcək cavab oyununda da uğurlu nəticə qazanmaq istəyirik”.
Qeyd edək ki, Bakıda 2:1 hesabı ilə qələbə qazanan "Qarabağ" avqustun 6-da Avstriyada "Zalsburq"la cavab matçına çıxacaq.